Bank Of Baku

1718 bələdiyyə üzrə 31 728 nəfərin namizədliyi təsdiq edilib

1718 bələdiyyə üzrə 31 728 nəfərin namizədliyi təsdiq edilib
# 07 noyabr 2009 03:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı bu vaxta qədər 1718 bələdiyyə üzrə 31 728 nəfərin namizədliyi təsdiq edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, namizədliyi təsdiqlənmiş şəxslərin 30 840 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb, həmin şəxslərdən 24 441 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim edib. Artıq 1599 bələdiyyə üzrə 18 597 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınmış namizədlərin 10072 nəfəri ali təhsilli şəxslərdir. Namizədliyi qeydə alınmış şəxslərin 4153-ü qadınlardır.

Namizədlikləri özü tərəfindən irəli sürülən şəxslərdən 9830 nəfəri bitərəfləri, digərləri isə 31 siyasi partiyanı əhatə edir. 22 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.

Qeyd edək ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR