Bank Of Baku

Qüdrət Həsənquliyev Dövlət Bağçalıya təbrik məktubu göndərib

Qüdrət Həsənquliyev Dövlət Bağçalıya təbrik məktubu göndərib
# 09 noyabr 2009 12:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edən İdarə Heyəti əsas diqqəti bələdiyyə seçkilərinə yönəldib. BAXCP-nin baş katibi və mərkəzi seçki qərargahının rəhbəri Söhrab Abdullayev partiyanın namizədlərinin irəli sürülməsi, imza kampaniyası və qeydiyyat barədə noyabrın 9-na olan məlumatı diqqətə çatdırıb.

Partiyadan verilən digər məlumata görə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalıya keçirilən qurultayda yenidən partiyanın sədri seçilməsi münasibətilə təbrik məktubu göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR