Bank Of Baku

ADP Türkiyənin GUAM-a daxil olması təşəbbüsü ilə çıxış edib

ADP Türkiyənin GUAM-a daxil olması təşəbbüsü ilə çıxış edib
# 09 noyabr 2009 15:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyası (ADP) Türkiyənin GUAM-a daxil olması təşəbbüsü ilə çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin bu gün keçirilən toplantısında GUAM-ın fəaliyyətinin gücləndirilməsinin vacibliyi müzakirə edilib. Regionda mövcud olan dondurulmuş münaqişələrin və digər problemlərin həllində bu qurumun rolunun daha da artırılması ilə bağlı səsləndirilən bəyanatlara münasibət bildirən ADP İdarə Heyətinin üzvləri Azərbaycan dövlətinin hazırkı şəraitdə GUAM daxilində fəaliyyətinin Azərbaycanın çoxşaxəli xarici siyasətinin əsas prinsiplərindən irəli gəldiyini bildirib. ADP Azərbaycan hakimiyyətini qurumun nüfuzlu regional təşkilata çevrilməsi istiqamətində daha məqsədyönlü və uzaqgörən addımlar atmağa çağırıb. Türkiyənin Cənubi Qafqazda rolunun artması, Rusiya və digər region dövlətləri ilə ikitərəfli əlaqələrinin genişlənməsi və beynəlxalq şərtlərin bu ölkə vasitəsi ilə regionda gerçəkləşdirilməsi meyllərini nəzərə alaraq toplantı iştirakçıları GUAM-ın siyasi çəkisinin və nüfuzunun artırılması baxımından gələcəkdə Türkiyənin də bu quruma daxil edilməsini məqsədə uyğun hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR