Bank Of Baku

Arif Hacılı: “Ümid Partiyası ilə əməkdaşlıq etmək niyyətimiz yoxdur”

Arif Hacılı: “Ümid Partiyası ilə əməkdaşlıq etmək niyyətimiz yoxdur”
# 10 noyabr 2009 12:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Ümid Partiyası ilə Müsavat Partiyası arasındakı problemlərin uzanması, əməkdaşlıq məsələlərinin yenidən gündəmə gətirilməsi hansısa dairələrin maraqlarına uyğundur. Ona görə də bu məsələləri süni şəkildə gündəmdə saxlamağa çalışırlar”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Ümid Partiyasının sədri İqbal Ağazadənin partiyalar arasında əməkdaşlıq təklifinə münasibət bildirən A. Hacılı Ümidlə əməkdaşlıq etmək niyyətində olmadıqlarını söyləyib: “Əslində qapanmış və tükənmiş bir mövzunun yenidən gündəmə gətirilməsinə çalışırlar və mən öz tərəfimdən bildirirəm ki, bu məsələ ilə bağlı bütün açıqlamalarımızı vermişik, mövqeyimizi ifadə etmişik. Başqa əlavəmiz yoxdur”.

A. Hacılı bəyan edib ki, Müsavat Partiyası hakimiyyətdən başqa hər hansı siyasi qüvvə ilə rəqabət aparmır: “Bizim rəqibimiz Azərbaycan hakimiyyəti və Azərbaycanın hakimiyyət partiyasıdır”.

A. Hacılı bələdiyyə seçkiləri ərəfəsində real müxalifət olan və namizəd irəli sürən siyasi partiyalarla əməkdaşlığa hazır olduqlarını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR