Bank Of Baku

ADP Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycanda fəaliyyətini dayandırmasını yolverilməz sayır

ADP Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycanda fəaliyyətini dayandırmasını yolverilməz sayır
# 10 noyabr 2009 12:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Cəlaloğlu Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Azərbaycanda fəaliyyətini dayandırmasının arzuedilməz olduğunu bildirib. Partiya sədri bu addımın demokratik proseslərə ciddi zərbə olacağını söyləyərək Azərbaycanda fəaliyyət göstərən milli qeyri-hökumət təşkilatlarının əksəriyyətinin iflas həddində olduğunu vurğulayıb. Belə bir məqamda o, beynəlxalq QHT-lərin nəinki fəaliyyətlərini dayandırması, əksinə, onların Azərbaycanda daha aktiv fəaliyyət göstərməsinə ehtiyac duyulduğu fikrindədir. S. Cəlaloğlu ABŞ səfirliyindən BRİ-nin fəaliyyətinin davam etdirilməsi istiqamətində müvafiq addımlar atılmasını xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR