Bank Of Baku

İlyas İsmayılov Dövlət Baxçalıya təbrik məktubu göndərib

İlyas İsmayılov Dövlət Baxçalıya təbrik məktubu göndərib
# 10 noyabr 2009 19:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın Ədalət Partiyasının sədri İlyas İsmayılov Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının yenidən başqanı seçilməsi münasibətilə Dövlət Baxçalıya təbrik məktubu göndərib.

Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, öz məktubunda İ.İsmayılov D.Baxçalının yenidən MHP-nin sədri seçilməsini Türkiyə və Azərbaycan millətçiləri üçün mühüm nailiyyət saydığını bildirib: “Müəyyən dairələr tərəfindən son vaxtlar Azərbaycan və Türkiyə arasında münasibətlərin gərginləşməsinə çalışıldığı bir vaxtda sizin yenidən MHP rəhbəri seçilməyiniz millətçilər üçün böyük fürsətdir. Ötən dövrdəki fəaliyyətiniz bir daha sübut etdi ki, siz bütövlükdə türk dünyasının maraqları üçün təmənnasız çalışan səmimi bir millətçi və bacarıqlı dövlət adamısınız”.

İ.İsmayılov D.Baxçalının MHP başqanı seçilməsinin Azərbaycan-Türkiyə münasibətlərinə böyük töhfə verəcəyinə ümid etdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR