Bank Of Baku

Milli Məclisin üzvləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Milli Məclisin üzvləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
# 11 noyabr 2009 07:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və deputat Qənirə Paşayeva “Türkiyə - Azərbaycan əlaqələri” mövzusunda tədbirdə iştirak etmək üçün bu gün Ankaraya səfərə yola düşəcəklər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə deputatlar Türkiyənin bir sıra nüfuzlu ali məktəblərində olacaq, gənclərə bölgədəki vəziyyət barədə ətraflı məlumat verəcəklər.

Milli Məclisin deputatları Gültəkin Hacıbəyli, Məlahət İbrahimqızı, Əkrəm Abdullayev və Nizami İsgəndərov isə noyabrın 13-dən 17-dək Şimali Kipr Türk Respublikasında səfərdə olacaqlar. Səfər çərçivəsində deputatlar Şimali Kiprin rəsmi nümayəndələri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Milli Məclisin deputatı Fuad Muradov da Avropa Gənclər Forumunda iştirak etmək üçün bu gün İtaliyanın Torino şəhərinə səfər edəcək. Avropa Birliyi və Avropa Şurası tərəfindən maliyyələşən bu təşkilatın toplantısına 44 ölkədən nümayəndələr dəvət olunublar. Tədbirdə “Avropanın təhlükəsizliyində gənc siyasətçilərin rolu” mövzusunda müzakirələr keçiriləcək, gəncləri düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə F. Muradov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana vurduğu ziyan, həmçinin qlobal iqlim dəyişikliyinin, dünyada gedən maliyyə böhranının təsirləri barədə fikirlərini açıqlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR