Bank Of Baku

Bahar Muradova: “Seçkilərdə iştirakla bağlı faiz məhdudiyyəti qoyulmadığı üçün hesab edirəm ki, 31 faiz normal göstəricidir”

Bahar Muradova: “Seçkilərdə iştirakla bağlı faiz məhdudiyyəti qoyulmadığı üçün hesab edirəm ki, 31 faiz normal göstəricidir”
# 24 dekabr 2009 11:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Bələdiyyə seçkilərində nə qədər seçici iştirak edibsə, o qədər rəqəm də açıqlanıb. Seçkilərdə iştirakla bağlı hansısa faiz məhdudiyyəti qoyulmadığı üçün hesab edirəm ki, 31 faiz normal göstəricidir”. APA-nın məlumatına görə, bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova beynəlxalq müşahidəçilərin seçici fəallığının aşağı olması ilə bağlı iradlarına münasibət bildirərkən deyib. “Həmin beynəlxalq qurumların müşahidəçilərinin bir sıra hallarda başqa fikirləri də olur. İştirak faizi çox olanda deyirlər ki, demokratik ölkələrdə seçkilərdə bu qədər çox iştirakçı olmur, az olanda da deyirlər ki, seçici fəallığı aşağıdır. Bizim seçicilərin sayını artırmaq imkanımız yoxdur. Nə qədər adam iştirak edibsə, o rəqəm də açıqlanır. Seçkilərdə bu qədər insanın iştirak etməsinə səbəb isə insanların hələ də yerli qurumların onların problemlərini həll edəcəyinə inamsızlığının qalması ilə bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR