Bank Of Baku

YAP “Keçid dövrü başa çatdı: Gələcəyə baxış” mövzusunda konfrans keçirib

YAP “Keçid dövrü başa çatdı: Gələcəyə baxış” mövzusunda konfrans keçirib
# 24 dekabr 2009 11:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Keçid dövrü başa çatdı: Gələcəyə baxış” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov dekabrın 23-də Azərbaycanın ictimai-siyasi həyatında mühüm olan növbəti bələdiyyə seçkilərinin keçirildiyini və YAP-ın bu seçkilərdə uğur qazandığını bildirib. Ə. Əhmədov prezident İlham Əliyevin Azərbaycanda keçid dövrünün başa atdığını elan etdiyini bildirib. Onun sözlərinə görə, bunun kifayət qədər ciddi əsasları var: «Bu qlobal iqtisadi böhran dövründə Azərbaycanın iqtisadiyyatının nə qədər dayanıqlı olduğunu göstərir. Keçid dövrünün başa çatması həm iqtisadiyyat, həm də həyatın digər sahələrində yeni mərhələnin başlanğıcıdır. Bu mərhələnin öz hədəflər və vəzifələri var».

Konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev son illər iqtisadi sahədə əldə edilən uğurlar və qanunvericilik bazası barədə danışıb.

Tədbirdə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev iqtisadi sahədə gedən proseslərlə bağlı çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR