Bank Of Baku

Azərbaycan prezidenti keçmiş “Binə” ticarət mərkəzinin yerləşdiyi ərazidə aparılan yaşıllaşdırma işləri ilə tanış olub

Azərbaycan prezidenti keçmiş “Binə” ticarət mərkəzinin yerləşdiyi ərazidə aparılan yaşıllaşdırma işləri ilə tanış olub
# 24 dekabr 2009 18:14 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də paytaxtın Suraxanı rayonundakı keçmiş “Binə” ticarət mərkəzinin yerləşdiyi ərazidə aparılan yaşıllaşdırma işləri ilə tanış olub. APA-nın məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlət başçısına layihə əsasında görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 85 hektar ərazidə bütövlükdə 95 min müxtəlif növ ağac əkiləcək. İndiyədək 22 mindən çox ağac əkilib. 35 hektar sahədə isə müasir suvarma sistemi quraşdırılıb.

Dekabrın 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif idarə və təşkilatlarının 500-dən çox əməkdaşının iştirakı ilə 5 hektar ərazidə 5 mindən çox yaşıl ting əkilib.
Prezident İ. Əliyev və xanımı ərazinin yaşıllaşdırılması layihəsi ilə tanış olduqdan sonra ağac əkiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR