Bank Of Baku

“İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb

“İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb
# 25 dekabr 2009 12:03 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisdə “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, sənəd haqqında Milli Məclisin deputatı Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, bu sahəni tənzimləyən qanun Azərbaycanda 1996-cı ildə qəbul olunub. Deputat həmin vaxtdan 13 il keçdiyini, yeni qanunun qəbul olunmasına ehtiyac yarandığını deyib. M. Quliyev hazırda ölkədə rəsmi rəqəmlərə görə 2224 nəfərin HİV-ə yoluxduğunu, bunların 2138 nəfərinin Azərbaycan vətəndaşı, 86 nəfərinin isə xarici vətəndaş olduğunu bildirib: “HİV-ə yoluxanların 88.3 faizi kişilər, 11.7 faizi qadınlardır. Ən çox yoluxma narkotik istifadəsi nəticəsindədir. Bu cür yoluxma 63.8 faiz təşkil edir. 23.3 faiz cinsi yola yoluxub. HİV daşıyıcılarının 11.8 faizinin nə vaxt yoluxduğu məlum deyil. İndiyədək HİV-ə yoluxmadan 274 nəfər ölüb. Lakin yoluxma faktı ilə bağlı rəqəmlər real deyil” .

İclasın ikinci hissəsində müzakirələr davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR