Bank Of Baku

Azərbaycan millət vəkili tarix dərsliklərindən ermənilərin işğalçılıq siyasəti ilə bağlı məqamların çıxarılmasını təklif edənlərə sərt münasibət bildirib

Azərbaycan millət vəkili tarix dərsliklərindən ermənilərin işğalçılıq siyasəti ilə bağlı məqamların çıxarılmasını təklif edənlərə sərt münasibət bildirib
# 26 dekabr 2009 15:32 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Məclisin üzvü Gülər Əhmədova deyib. Millət vəkili bu məsələ ilə bağlı bəzi faktları da sadalayıb.

Onun sözlərinə görə, “Alma” qəzetində Almaniyanın maliyyə dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının alimi Əli Abbasov tərəfindən layihə həyata keçirilir. G. Əhmədova bu tip ideyaların həmin layihədə də yer aldığını diqqətə çatdırıb: “Guya onlar yeni Qafqaz modeli yaratmaq istəyirlər. Bir qrup insanlar isə tarix dərsliklərindən ermənilərin düşmən obrazının çıxarılmasını təklif edir. Mən bu məsələlərin qəti əleyhinəyəm. Hesab edirəm ki, belə şeylərə qarşı ölçü götürülməli, vahid mövqe sərgilənməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR