Ceyhun Osmanlı: ““İrəli” İctimai Birliyinə üzv olan gənclərin əsas ideyası Azərbaycandır” - MÜSAHİBƏ
- Əlbəttə, istərdik ki, bu gün fəaliyyətimiz daha çox insanı əhatə esin. Çünki məqsədimiz insan kapitalının inkişafına yönəlib. Azərbaycan iqtisadiyyatı yeni bir mərhələyə qədəm qoyub. Fəaliyyətimiz də ondan ibarətdir ki, insanlarımızın da inkişafı bu şəkildə yeni mərhələyə qədəm qoysun. Ona görə də müasir insan yaratmağa yönələn çoxşaxəli layihələrə üstünlük veririk. Amma təşkilatımız öz çiyinlərində çəkə bildiyi qədər yük daşıya bilir. Ötən bir il ərzində həyata keçirdiyimiz layihələr 100 min insanı əhatə edə bilib. Fəaliyyətimizi gənclərin təşəbbüsləri əsasında qururuq. Əlbəttə, qarşıya qoyduğumuz məqsədlərə hələ çata bilməmişik.
- Azərbaycan gəncliyi təqdim etdiyiniz və ya təbliğ etdiyiniz yeniliyə hazırdırmı?
- Öncə bu yeniliyin nə olduğunu dərk etmək lazımdır. Biz cəmiyyətimizə amorf yeniliklər gətirmək üçün fəaliyyət göstərməməliyik. Hesablanmış, düzgün, dünya praktikasında uğurla sınaqdan çıxmış modelləri cəmiyyətimizə təlqin etməliyik. Kənardan sırınan, zorla təqdim olunan bütün yeniliklərə qarşıyıq. Onsuz da Azərbaycan cəmiyyəti bir inkişaf içərisindədir. Bu inkişaf da özünə lazım olan xətti tapacaq. Biz inkişaf deyəndə kosmopolit düşüncəni nəzərdə tutmuruq. Təşkilatımız milli dəyərləri unutmadan inkişafı, tərəqqini üstün hesab edən, elmə əsaslanan cəmiyyətin tərəfdarıdır. Belə təşkilatların çox olmasını istəyirik.
- Sizin fəaliyyət istiqamətlərinizə internet resurslar daxildir....
- Bu məqamı çox düzgün tutmusunuz. Bəzən bizə deyirlər ki, “İrəli” İctimai Birliyi hər yerdədir. Həm internet səhifələrində, həm mətbuatda. Bu təsadüfi baş verən proses deyil. Biz əvvəlcədən bütün bu məsələləri planlaşdırırıq. Əhatə etmək istədiyimiz hədəfləri düzgün seçməyə çalışırıq. Hesab edirik ki, əlaqə yaradacağımız kontingentə fikirlərimizi internet vasitəsilə də çata biləriksə, bunu həmin yolla edirik. Bu proseslər xaotik şəkildə baş vermir. İnformasiyaya zəmanəmizin ən dəyərli ünsürü kimi yanaşırıq. Proseslərə bu cür yanaşmaq 21-ci əsrin diktəsidir. ABŞ-ın bu istiqamətində fəaliyyətini misal olaraq göstərmək olar. Məsələn, bizim informasiya texnologiyaları layihəmiz var ki, bu proqram çərçivəsində 50 min insanı əhatə edə bilmişik.
- Bu şəkildə fəaliyyət göstərən digər təşkilatlar da mövcuddur. Amma internet resurslardan istifadə edərək, təbliğatını quran təşkilatların fəaliyyət istiqamətlərinə başqa məsələlər daxildir...
- Mən sizin nə demək istədiyinizi anladım. Gərək ideyaya saf və səmimi yanaşasan. İnanın ki, “İrəli” İctimai Birliyinə üzv olan gənclərin əsas ideyası Azərbaycandır. Bir məqamı yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan tarixdə heç bir zaman bu qədər müstəqil olmayıb. Prezident İlham Əliyev biz gənclərə çox gözəl bir platforma verib. Kimsə, bunları görmürsə, biz artıq heç nə edə bilmərik. Təbii ki, bu inkişafı və ya problemləri görən insanlarla addımlamaq istəyirik.
- Rəqibləriniz necə, çoxdur?
- Biz bu barədə ümumiyyətlə fikirləşmək istəmirik. Bizimlə bağlı tənqidləri təhlil edirik. Ancaq fəaliyyətimizi bu tənqidlərin ətrafında düşünməyə həsr edən təşkilat da deyilik. Hər şeyin bir norması var. Biz dayanmadan işləməyi qarşımıza məqsəd qoyan təşkilatıq.
- Yeri gəlmişkən, təşkilatınızın iqtidaryönlü olduğunu da deyirlər. Bunu necə qəbul edirsiniz?
- Ölkədə konstruktiv mövqedə olan təşkilatlar və şəxslər “İrəli” İctimai Birliyinin fəaliyyətini təqdir edir. Bu insanların içərisində bizə öz məsləhətlərini verənlər də var. “İrəli” İctimai Birliyi prezident İlham Əliyevi dəstəkləyən bir təşkilatdır. Kimsə hələ də ölkədəki inkişafı görmürsə, yetərsizlik sindromu yaşayırsa, öz kompleksinin girovuna çevrilibsə, artıq bizim onun mövqeyinə heç nə demirik. Dövlətin bir çox strukturları ilə yanaşı, dünyanın aparıcı şirkətləri ilə də səmərəli əməkdaşlıq edirik. Bizim üçün əsas olan layihə üzrə tərəfdaşı seçməkdir.
- Təşkilatınız gənc liderlərin formalaşması ilə bağlı bir sıra layihələr həyata keçirir. Bu proqramlarda iştirak edən gənclərin liderlik potensialını necə dəyərləndirirsiniz?
- Əslində lider anlayışı ambisioz bir anlayışdır. Yəni müxtəlif sahələrin müxtəlif liderləri ola bilər. Əslində yaxşı liderlik yaxşı məsuliyyət deməkdir. Biz məsuliyyətli vətəndaşlar yetişdirmək istəyirik. Həm də liderliyin məsuliyyət tərəfinə önəm verən gənclik yetişdirmək istəyirik.
- Burada söhbət ictimai-siyasi sahədə liderlikdən söhbət gedir. Məsələn, sizin hərəkat formalaşanda qurumun 6 təsisçisi var idi və hər biri də lider olmaq iddiası ilə meydana çıxmışdı.
- “İrəli” İctimai Birliyinin məqsədi gəncləri müasir cəmiyyətə hazırlamaqdır. Təşkilatdan çıxıb, kənarda nə qədər bacarıqla fəaliyyət göstərirlərsə, mən bunu “İrəli”nin uğuru hesab edirəm. Əslində, ictimai təşkilatların funksiyası insanlara liderlik bacarığını aşılamaqdır. Digər tərəfdən mənim təşkilatın sədri olmağım, hələ o demək deyil ki, mən onlardan daha yaxşıyam. Bizim təşkilatda kifayət qədər bacarıqlı gənclər fəaliyyət göstərir.
- Ancaq səmimi yanaşsaq, görərik ki, ictimai həyatda gənc liderlərin sayı o qədər də çox deyil...
- Xeyr, kifayət qədər liderlər var. Burada bir məsələ var - biz yalnız bir-birimizə kömək etməliyik. Azərbaycan cəmiyyəti nə qədər bir olsa, bir o qədər problemlər həll edilər. Ən çox sevmədiyim məsələ təşkilatların bir-birinə qısqanc yanaşmasıdır. Bizim məqsədimiz isə hamıya kömək etməkdir.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılaşdığını açıqlayıb
Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb
KİV: İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur
Rusiyanın Sumı vilayətində hündürmərtəbəli binanı vurması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir