Bank Of Baku

QAT Ali Məclisi və Ağsaqqallar Şurasının birgə iclası keçirilib

QAT Ali Məclisi və Ağsaqqallar Şurasının birgə iclası keçirilib
# 28 dekabr 2009 12:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı Ali Məclisi və Ağsaqqallar Şurasının birgə iclası keçirilib. Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda təşkilati məsələlərə baxılıb, Ağsaqqallar Şurası və Ali Məclis üzvləri seçilib, 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda dayanan vəzifələr müzakirə edilib. QAT rəhbərliyi 2009-cu ildə Azərbaycanın təslimçi sülhə razılaşması üçün ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin təzyiqlərinin gücləndiyini, “xalq diplomatiyası” təşəbbüslərinin ciddi şəkildə canlandırıldığını, bununla yanaşı, Azərbaycan cəmiyyətində müharibə əhval-ruhiyyəsinin yüksəldiyini, ordu quruculuğunda müəyyən uğurların olduğunu vurğulayıb.

QAT 2010-cu ildə işğal altındakı torpaqların hərbi yolla azad edilməsi ilə bağlı fikirlərin genişləndirilməsi, “xalq diplomatiyası”nın qarşısının alınması, cəmiyyətin müxtəlif təbəqələrinin fəallaşdırılması, ən müxtəlif qütblər arasında dialoqun təşkili istiqamətində fəaliyyətin gücləndirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR