Bank Of Baku

BAXCP Türkiyə və İranla viza rejimi ləğv edilməsini vacib hesab edir

BAXCP Türkiyə və İranla viza rejimi ləğv edilməsini vacib hesab edir
# 28 dekabr 2009 14:11 (UTC +04:00)
Bakı-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ Azərbaycanla Türkiyə arasında bu ilin oktyabrında imzalanmış "Təmənnasız hərbi yardım haqqında" sazişlə bağlı olub. Qardaş ölkə ilə "Təmənnasız hərbi yardım haqqında" sazişin imzalanmasını yüksək dəyərləndirən BAXCP İdarə Heyəti bu addımı alqışladığını bəyan edib. Bununla yanaşı BAXCP İdarə Heyəti Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi sahəsində irəliləyişə nail olunmamasından təəssüfləndiyini bildirib. BAXCP İdarə Heyəti hökuməti Türkiyə ilə vizasız gediş-gəlişin tətbiqi istiqamətində konkret addımlar atmağa çağırıb. Qurum 35 milyona yaxın azərbaycanlının yaşadığı İranla da viza rejiminin ləğv edilməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR