Bank Of Baku

Sabah Milli Məclisin payız sessiyasının son iclası keçiriləcək

Sabah Milli Məclisin payız sessiyasının son iclası keçiriləcək
# 28 dekabr 2009 14:21 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Sabah Milli Məclisin payız sessiyasının son iclası keçiriləcək. APA-nın məlumatına görə, iclasda “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunacaq. Deputatlar həmçinin “Fiziki şəxslərin iş yerində bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirməsindən icbari sığorta haqqında” qanun layihəsini də müzakirə edəcəklər.
Bundan başqa, sonuncu iclas günüdə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Milli Məclisinin Azərbaycan xalqına müraciəti təsdiq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR