Bank Of Baku

Azərbaycan prezidenti Səməd Vurğun və “Muğam” bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olub

Azərbaycan prezidenti Səməd Vurğun və “Muğam” bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olub
# 28 dekabr 2009 16:08 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 28-də Bakıdakı Səməd Vurğun və “Muğam” bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olublar. APA-nın məlumatına görə, dövlət başçısı və xanımı Səməd Vurğun bağının ərazisini gəzib, yaradılan şəraitlə yaxından tanış olublar. Buradakı fəvvarə italiyalı mütəxəssislər tərəfindən tikilib. Bağın ərazisində İtaliya istehsalı olan “Venesiya işıqları”, həmçinin, xüsusi sifarişlə hazırlanmış oturacaqlar quraşdırılıb. Dövlət başçısı və xanımı Səməd Vurğun bağı ilə üzbəüzdəki “Muğam” bağında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə də tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR