Bank Of Baku

Milli Məclis “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamə layihəsini təsdiq edib

Milli Məclis “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamə layihəsini təsdiq edib
# 29 dekabr 2009 09:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin (MM) payız sessiyasının sonuncu iclası başlayıb. APA-nın xəbərinə görə, iclasda “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamə layihəsi müzakirə olunub.

Layihə barədə MM-in Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. Komissiya sədri deyib ki, bu sənəd bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamə verilməsi qaydalarını müəyyənləşdirir. Qeyd olunub ki, sənədə əsasən Azərbaycandakı bütün bələdiyyələr dövlət reyestrinə daxil olmalı, onlara şəhadətnamə verilməlidir. Bu iş isə MM-in müvafiq strukturu tərəfindən aparılmalıdır. Komissiya sədri deyib ki, şəhadətnamədə bələdiyyələr haqqında bütün məlumatlar öz əksini tapacaq.

Müzakirələrdən sonra MM əsasnamə layihəsini təsdiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR