Bank Of Baku

Azərbaycan millət vəkilinin parlamentdə danışmaq hüququna qoyulan qadağa götürülüb

Azərbaycan millət vəkilinin parlamentdə danışmaq hüququna qoyulan qadağa götürülüb
# 29 dekabr 2009 10:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Millət vəkili Pənah Hüseynin Milli Məclisdə (MM) danışmaq hüququndan məhrum edilməsinə dair qoyulan vaxt başa çatıb. APA-nın xəbərinə görə, Pənah Hüseyn MM-in bugünkü iclasında çıxış edib. Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri barədə danışan deputat seçkilərin demokratik keçirilmədiyini bildirib, bu səbəbdən seçkilərin yenidən keçirilməsinin gündəmə gəlməli olduğunu deyib.

Qeyd edək ki, MM-in ötən iclasında spiker Oqtay Əsədov çıxış etmək istəyən Pənah Hüseynə söz verməmiş, onun parlamentin daxili nizamnaməsini pozduğu üçün çıxış etmək hüququndan məhrum edildiyini bildirmişdi.

P. Hüseynin hansı müddətə danışmaq hüququndan məhrum edildiyi isə açıqlanmamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR