Bank Of Baku

DAK və VHP Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirib

DAK və VHP Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirib
# 30 dekabr 2009 12:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə DAK və VHP-nin rəhbərliyi ilə yanaşı, media, incəsənət nümayəndələri, ziyalılar və gənclər iştirak edib.

DAK həmsədri Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi, cənub və şimali Azərbaycan arasındakı sərhədlərin sökülməsi və xalq hərəkatı barədə danışıb. O, DAK-ın fəaliyyəti, ayrı-ayrı ölkələrdə keçirilən tədbirlər haqqında da məlumat verib.

Tədbir Şəmistan Əlizamanlının ifası və ziyafətlə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR