Bank Of Baku

BAXCP parlament seçkilərində iştiraka qərar verib

BAXCP parlament seçkilərində iştiraka qərar verib
# 05 yanvar 2010 11:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. BAXCP İdarə Heyətinin üzvləri ilk növbədə 2009-cu ilin yekunları barədə fikir mübadiləsi aparıblar.

İdarə Heyətinin müzakirəsinə çıxarılan əsas məsələ isə bu il keçiriləcək parlament seçkilərində partiyanın iştirakı ilə bağlı olub. Aparılan müzakirələr nəticəsində partiyanın 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edilib, partiyanın müvafiq strukturlarına namizədlərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR