Bank Of Baku

Müsavat Məclisinin növbəti iclası yanvarın 16-da keçiriləcək

Müsavat Məclisinin növbəti iclası yanvarın 16-da keçiriləcək
# 05 yanvar 2010 12:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yanvarın 16-da Müsavat Partiyasının Məclisinin iclası keçiriləcək. Partiya Məclisinin sədri Sülhəddin Əkbər APA-ya açıqlamasında bildirib ki, toplantıda Azərbaycanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı partiyanın yekun rəyi qəbul olunacaq. Bundan başqa, partiyanın 2010-cu il üçün fəaliyyət planı, parlament seçkiləri, növbəti qurultayla bağlı müzakirələr aparılacaq və qərarlar qəbul olunacaq. S. Əkbər bələdiyyə seçkiləri ilə bağlı Müsavat Partiyasının yekun rəyinin ilkin rəydən fərqlənməyəcəyini qeyd edib.

Qurultaya gəldikdə, S. Əkbər bildirib ki, bu il ölkədə parlament seçkiləri keçiriləcəyindən qurultay növbəti ilə saxlanıla bilər: “Ola bilsin ki, Məclisdə qurultayla bağlı qərar qəbul olunsun. Partiyada üstün fikir bundan ibarətdir ki, parlament seçkiləri ilə qurultay eyni vaxta düşdüyündən, həmçinin, ölkədəki vəziyyət nəzərə alınaraq qurultay parlament seçkilərindən sonraya saxlanılsın. Böyük ehtimalla belə bir qərar qəbul olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR