Bank Of Baku

Azərbaycanın müxalifət partiyası parlament seçkilərinə hazırlığa start verib

Azərbaycanın müxalifət partiyası parlament seçkilərinə hazırlığa start verib
# 05 yanvar 2010 12:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığa start verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin bu gün keçirilən iclasında təşkilatın 2010-cu ildə fəaliyyət planına dair müzakirələr aparılıb. Müzakirələr zamanı parlament seçkilərinə hazırlıq, partiya strukturlarının bu seçkilərlə əlaqədar ADP-nin siyasi məqsədlərinə uyğun olaraq fəaliyyətinə diqqət yetirilib. Partiyanın yerli təşkilatlarının təmsilçiləri ilə birlikdə bu məsələnin müzakirəsinin davam etdirilməsi qərara alınıb.

Toplantıda həmçinin, əhalinin qaz borclarının ləğv edilməsi ilə bağlı ölkə prezidentinin sərəncamı, jurnalist Eynulla Fətullayev barəsində yenidən cinayət işinin başlanması müzakirə edilib, bələdiyyə seçkilərinin nəticələrinə dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR