Bank Of Baku

Azərbaycan Milli Məclisinin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı yerinə yetirilməyib

Azərbaycan Milli Məclisinin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı yerinə yetirilməyib
# 05 yanvar 2010 14:14 (UTC +04:00)
2009-cu ilin payız sessiyasının qanunvericilik işləri planına 22 məsələnin müzakirəsi daxil edilsə də, bu sənədlərdən “Kəşflərin hüquqi qorunması haqqında”, “Ali təhsil haqqında”, “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Bələdiyyələrin hesabatları haqqında” və “İctimai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında” qanun layihələri, ümumiyyətlə, müzakirə olunmayıb.

Adıçəkilən qanunlar qədər qəbul olunması mühüm əhəmiyyət kəsb edən, lakin müzakirəyə çıxarılmayan daha bir neçə ciddi sənədi də göstərmək olar. Ötən sessiya üç mühüm sənəd - Tikinti Məcəlləsi, Şəhərsalma Məcəlləsi və Rəqabət Məcəlləsi müzakirəyə çıxarılmayıb.

Payız sessiyasının qanunvericilik işləri planına daxil edilən digər qanun layihələri ilə bağlı nəzərdə tutulan işlərin də tam başa çatdırıldığını demək olmaz. Belə ki, plana daxil edilən digər qanun layihələri payız sesiyasının sonuna kimi birinci, az hallarda isə ikinci oxunuşdan keçirilə bilib.

Bunlar “Sülhməramlı əməliyyatlarda iştirak haqqında”, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında”, “İstehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta haqqında”, “İnsanın immunçatışmazlığının profilaktikası haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Pambıqçılıq haqqında” qanun layihələri və digər sənədlərdir.

Qeyd edək ki, bununla yanaşı, payız sessiyasında “2010-cu ilin dövlət büdcəsi haqqında” və prezident tərəfindən Mili Məclisə təqdim olunan bir sıra qanunlar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR