Bank Of Baku

AMİP seçki hazırlığına başlayıb

AMİP seçki hazırlığına başlayıb
# 06 yanvar 2010 14:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu il keçiriləcək parlament seçkilərinə hazırlığa start verib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, hazırda AMİP-in katibliyində parlament seçkilərində iştirakla bağlı proqram hazırlanır və proqram Siyasi Şuranın iclasında müzakirəyə çıxarılaraq qəbul ediləcək: “Seçkilərdə hansı formada iştirak edəcəyimiz hələlik dəqiq bilinmir. İndiki halda hazırlıq seçkilərdə ayrıca iştirak etməyə yönəlib. Amma proseslərin gedişinə uyğun olaraq başqa variantları, seçki bloklarına qoşulmağı da nəzərdən keçirmək mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR