Bank Of Baku

Həsən Kərimov: “Bu il mütləq qurultay keçirəcəyik”

Həsən Kərimov: “Bu il mütləq qurultay keçirəcəyik”
# 06 yanvar 2010 15:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası bir neçə ildir təxirə saldığı qurultayını bu il keçirmək niyyətindədir. Partiya Ali Məclisinin sədri Həsən Kərimov APA-ya açıqlamasında bildirib ki, bu il qurultay mütləq keçiriləcək. H. Kərimovun sözlərinə görə, partiyanın rayon təşkilatlarının böyük əksəriyyəti qurultaya hazırdır: “Yalnız 12 rayon təşkilatında müəyyən səbəblərə görə konfrans keçirilməyib. Bu rayon təşkilatlarında da fevralın sonuna kimi konfranslar keçiriləcək, qurultaya nümayəndələr seçiləcək”.

H. Kərimov bildirib ki, yaxın vaxtlarda partiya Ali Məclisinin iclası keçiriləcək və qurultayla bağlı qərarlar qəbul ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR