Bank Of Baku

İqbal Ağazadə: “Seçkidə təkbaşına iştirak edəcəyimiz halda 100 nəfərin namizədliyini irəli sürəcəyik”

İqbal Ağazadə: “Seçkidə təkbaşına iştirak edəcəyimiz halda 100 nəfərin namizədliyini irəli sürəcəyik”
# 07 yanvar 2010 11:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ümid Partiyasının Rəyasət heyəti bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı qərar qəbul edib. Partiyanın sədri İqbal Ağazadənin APA-ya verdiyi məlumata görə, seçkilərdə iştirak forması barədə hələlik qəti qərar yoxdur: “Seçkidə iştirak forması barədə yanvarın sonuna kimi danışıqlar aparılacaq. İndi namizədlərin müəyyən olunması istiqamətində iş başlayıb. Namizədlərin sayı barədə də müzakirə aparıldı və seçkidə təkbaşına iştirak edəcəyimiz halda 100 nəfərin namizədliyini irəli sürəcəyik. Amma blokla qatılacağımız halda namizədlərin sayı az ola bilər. Bununla bağlı bəzi müxalifət partiyaları ilə məsləhətləşmələr aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR