Bank Of Baku

Ədalət Partiyası və BAXCP seçki bloku yarada bilər

Ədalət Partiyası və BAXCP seçki bloku yarada bilər
# 07 yanvar 2010 14:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Parlament seçkiləri ilə bağlı Ədalət Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) birgə seçki bloku yarada bilər. Bu barədə APA-ya Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli məlumat verib. Onun sözlərinə görə, BAXCP sədri Qüdrət Həsənquliyev parlament seçkilərində blok şəklində iştirakın mümkünlüyünə işarə edib və bu ideya baş tuta bilər: “Ədalət Partiyasının daxilində hələlik parlament seçkilərində iştirakın forması barədə müzakirə aparılmayıb. Partiya daxilində seçkilərə blok şəklində getmək qərarı qəbul olunsa, BAXCP ilə bloklaşma şübhəsiz ki, prioritet olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR