Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müsavat Partiyası Ümid Partiyası ilə heç bir blokda olmaq istəmir”

Sərdar Cəlaloğlu: “Müsavat Partiyası Ümid Partiyası ilə heç bir blokda olmaq istəmir”
# 08 yanvar 2010 11:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu il keçiriləcək parlament seçkilərində müxalifətin vahid seçki bloku ilə iştirak etməsi üçün aparılan ilkin danışıqlar nəticəsiz başa çatıb. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında İsa Qəmbər, Lalə Şövkət, Əli Kərimli, Əli Əliyev, İqbal Ağazadə və Pənah Hüseynlə görüş keçirdiyini deyib: “Öyrənmək istəyirdim ki, bələdiyyə seçkilərindən sonra partiyalar ittifaq halında parlament seçkilərində iştirak edə bilər, ya yox. Amma müzakirələr zamanı gördüm ki, köhnə problemlər hələ də qalır, bəzi siyasi qruplar birgə siyasi işin təşkilində iştirak etmək istəmirlər. Məsələn, Müsavat Partiyası Ümid Partiyası ilə heç bir blokda olmaq istəmir”.

İlk cəhdin uğursuz olmasına baxmayaraq, S. Cəlaloğlu bildirib ki, müxalifətin əməkdaşlığı və seçkilərdə vahid namizədlərlə iştirakı ilə bağlı başqa variantlar da var: “Bu variantlar üzrə yaxın vaxtlarda danışıqlara başlayacağıq. Bunlardan birincisi funksional əməkdaşlıqdır. Yəni müxalifət seçki dairələri üzrə vahid namizədlər irəli sürür, amma bu namizədlərin dəstəklənməsi könüllü olur. Bu, bir tərəfdən partiyaların əməkdaşlıq ehtiyacını artırır, digər tərəfdən də alternativliyi aradan qaldırır. Üçüncü variantda isə demokratik seçkilər uğrunda kim mübarizəyə qoşulursa, onlar əməkdaşlıq edirlər. Burada isə faktiki olaraq hamı seçkilərə ayrı-ayrılıqda gedir, amma seçkilərin nəticəsindən asılı olaraq əldə edilən məlumatlar toplanır və nəticələrə birgə qiymət verilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR