Bank Of Baku

Müsavat Partiyası Ombudsman Aparatını məhkəməyə verib

Müsavat Partiyası Ombudsman Aparatını məhkəməyə verib
# 08 yanvar 2010 15:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyasının Gənclər Təşkilatı Ombudsman Aparatı ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, buna səbəb Ombudsman Aparatının partiyanın Gənclər Təşkilatının 2009-cu il oktyabr ayının 13-da “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında keçirdiyi aksiya ilə bağlı faktları məhkəməyə təqdim etməməsidir. Məlumatda bildirilir ki, həmin aksiya zamanı Gənclər Təşkilatının sədri Tural Abbaslı və təşkilatın bir neçə üzvü polis tərəfindən saxlanılaraq 27-ci polis bölməsinə aparılıb. Həmin vaxt Ombudsman Aparatından gəlmiş nümayəndələr gənclərin bədən və baş nahiyələrində xəsarətlər aşkarlayıb, fotoşəklini çəkiblər. Bu faktlarla bağlı Yasamal rayon Məhkəməsinin sorğusu əsasında Yasamal rayon Prokurorluğunda araşdırılma aparılıb. Araşdırma zamanı Ombudsman Aparatı onlarda olan faktları prokurorluğa və maraqlı tərəflərə təqdim etməkdən imtina edib, onlarda hər hansı faktın olmadığını bildiriblər.

Ombudsman Aparatından isə APA-ya bildirilib ki, bununla bağlı qanun çərçivəsində tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR