Bank Of Baku

Müsavat Divanı aktual siyasi mövzuları müzakirə edib

Müsavat Divanı aktual siyasi mövzuları müzakirə edib
# 11 yanvar 2010 14:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin yekunları müzakirə edilərək partiyanın yekun rəyinin hazırlanması üçün müvafiq tövsiyə və tapşırıqlar verilib. Partiya Məclisinin yanvarın 16-na təyin olunmuş toplantısının gündəliyi ətrafında da fikir mübadiləsi aparılıb. Bundan başqa, bu ilin sonunda keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirə aparılaraq partiyanın müvafiq strukturlarına zəruri tapşırıqlar verilib.

Müsavat Divanında Naxçıvanın Bənəniyar kəndində baş vermiş hadisələr, gənc bloqgerlərin məhkəməsinin təxirə salınması, Eynulla Fətullayevin işinə Avropa İnsan Haqları Məhkəməsində baxılması ərəfəsində barəsində başqa bir maddə ilə cinayət işinin qaldırılması, qrant almış QHT-lərin fəaliyyətinə yeni inzibati maneələr yaradılmasına da münasibət bildirilərək bəyanat qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR