Bank Of Baku

Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurasının toplantısı keçirilib

Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurasının toplantısı keçirilib
# 11 yanvar 2010 19:11 (UTC +04:00)
Bakı – APA. Bu gün Müasir Müsavat Partiyasının (MMP) yeni qərargahında Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurası ilə MMP İdarə Heyətinin birgə növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantının keçirilməsinə səbəb bir neçə ay öncə İrəvan Mühacir Hökumətinin və Qərbi Azərbaycan İcmasının yaradılması üçün verilən qərar olub.

Qeyd edək ki, QAƏŞ-in toplantısı həmişə Müasir Müsavat Partiyasının qərargahında keçirilib. Partiya 4 ay qərargahsız qaldığına görə bu məsələnin həyata keçirilməsi də ləngiyib. MMP yeni qərargaha köçdükdən sonra məsələ yenidən gündəmə gəlib.

Bugünkü toplantıda bir müddət öncə İrəvan Mühacir Hökumətinin və Qərbi Azərbaycan İcmasının yaradılması üçün təşkil edilmiş işçi qrupun hesabatı dinlənilib. Sonra hesabatın müzakirələri aparılıb və qərara alınıb ki, Qərbi Azərbaycan Mühacir Hökumətinin yaradılması üçün bütün bölgələri əhatə edən qərbi azərbaycanlıların statistik siyahısı çıxarılsın və tezliklə onların ağsaqqalları ilə görüşlər keçirilsin. Bütün qərbi azərbaycanlıların bir qurum altında birləşməsi üçün müəyyən işlər görülsün, öz ata-baba yurdlarından deportasiya olunmuş qərbi azərbaycanlıların həmin torpaqlara qayıtması və yaxud itirilən əmlaklarının geri alınması, beynəlxalq təşkilatlar tərəfindən onların qaçqın kimi statuslarının tanınması üçün başladılmış imzatoplama kampaniyası sürətləndirilsin. Həmin imzalar Avropa Şurasına, ATƏT-ə, BMT-yə göndərilsin.

Toplantı iştirakçıları hesab edirlər ki, qərbi azərbaycanlıların bu qərarı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müsbət addım olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR