Bank Of Baku

Demokratiya Uğrunda İttifaq “Azadlıq” bloku və Müsavat Partiyası ilə birgə müzakirələr aparmaq təşəbbüsü irəli sürüb

Demokratiya Uğrunda İttifaq “Azadlıq” bloku və Müsavat Partiyası ilə birgə müzakirələr aparmaq təşəbbüsü irəli sürüb
# 12 yanvar 2010 12:00 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Demokratiya Uğrunda İttifaq (DUİ) bu il Azərbaycanda keçiriləcək parlament seçkiləriylə bağlı “Azadlıq” bloku və Müsavat Partiyası ilə birgə müzakirələr aparmaq təşəbbüsü irəli sürüb. DUİ Sədrlər Şurasının üzvü Pənah Hüseynin APA-ya verdiyi məlumata görə, qurumun son toplantısında bununla bağlı qərar qəbul edilib: “Müsavat Partiyası və “Azadlıq” blokuna daxil olan partiyalara müraciət ediləcək ki, yaranmış ictimai-siyasi vəziyyət, seçkilər öncəsi durum, Seçki Məcəlləsi, xüsusilə də seçki komissiyaları ilə bağlı onlarla birlikdə müzakirələr aparılsın. Bununla bağlı DUİ həm ayrıca, həm də digər partiyalarla birlikdə fəaliyyət göstərməyi məqsədəuyğun sayır”.

P. Hüseyn bildirib ki, KXCP sədri Mirmahmud Mirəlioğlu adıçəkilən qurumların rəhbərləri ilə danışıqlar aparacaq: “Biz sadəcə, ümumi toplantının keçirilib müzakirələrin aparılmasını təklif edirik. Burada söhbət hansısa blokun, yaxud ittifaqın yaradılmasından getmir. Sözün doğrusu, məndə tam əminlik yoxdur ki, bu təklifə müsbət cavab veriləcək. Bununla bərabər, biz alternativ fikirləri də öyrənəcəyik”.

P. Hüseyn onu da qeyd edib ki, DUİ artıq parlament seçkilərinə hazırlığa start verib və namizədlərin müəyyənləşməsi prosesi başlayıb. Bu günə qədər qurum 94 seçki dairəsi üzrə namizədlərini müəyyənləşdirib: “Lakin hələlik bununla bağlı qəti qərar verilməyib, namizədlər təsdiq olunmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR