Bank Of Baku

Aydınlar Partiyası seçki hazırlığına start verib

Aydınlar Partiyası seçki hazırlığına start verib
# 12 yanvar 2010 15:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Aydınlar Partiyası bu il keçiriləcək parlament seçkilərinə hazırlığa start verib. Partiyanın sədr müavini Xanoğlan Əhmədov APA-ya bildirib ki, Siyasi Şura yerli təşkilatlara namizədlərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verib. Onun sözlərinə görə, parlament seçkilərinə kimi bütün bölgələrdə yerli təşkilatların yaradılması və bütün seçki dairələrindən namizəd irəli sürülməsi nəzərdə tutulub. X. Əhmədov seçkidə təkbaşına iştirak etmək niyyətində olduqlarını, lakin seçki ərəfəsində digər qüvvələrlə əməkdaşlığı da istisna etmədiklərini söyləyib: “Əməkdaşlıq təklifi gələrsə, müzakirə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR