Bank Of Baku

Mübariz Qurbanlı: “YAP növbəti parlament seçkilərinə hazırdır”

Mübariz Qurbanlı: “YAP növbəti parlament seçkilərinə hazırdır”
# 13 yanvar 2010 19:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Yeni Azərbaycan partiyası ölkədə keçirilən seçkilərə həmişə hazır olub və növbəti parlament seçkilərinə də hazırıq”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

YAP-ın yerli təşkilatlarının daim fəaliyyət göstərdiyini, işlək strukturlarının olduğunu bildirən M.Qurbanlı buna görə də seçkilərlə bağlı partiyanın hər hansı problemini olmadığını deyib.

M.Qurbanlı partiyanın seçkilərdə iştirak edəcək namizədlərinin müəyyənləşdirilməsi prosesinin başlamadığını da bildirib: “Namizədlər müəyyən olunarkən onlar cəmiyyətə təqdim olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR