Bank Of Baku

SAMF 20 Yanvar faciəsi ilə bağlı dünya xalqlarına müraciət edib

SAMF 20 Yanvar faciəsi ilə bağlı dünya xalqlarına müraciət edib
# 14 yanvar 2010 01:45 (UTC +04:00)
Söz Azadlığını Müdafiə Fondu (SAMF) 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı dünya xalqlarına və dövlətlərinə müraciət ünvanlayıb.

SAMF-ın mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir ki, 20 Yanvar hadisələrinə SSRİ-nin və bu dövlətin hüquqi varisi Rusiya Federasiyasının indiyədək siyasi qiymət verməməsi Azərbaycan xalqının və əlahiddə olaraq 20 Yanvar şəhidlərinin doğmalarının ciddi narahatlığına səbəb olur.

Müraciətdə həmçinin Rusiya tərəfindən cinayət faktının etiraf olunmamasının gələcəkdə bu tipli qanlı olaylar üçün presedent kimi qalacağı da xüsusi vurğulanır: “Bu müdhiş olaya Rusiya rəhbərliyi tərəfindən siyasi qiymət verilməsi təbii ki, axıdılmış qanları, bir xalqın faciəli şəkildə dünyalarını dəyişmiş oğul və qızlarını geriyə qaytarmayacaq. Ancaq bu tarixi cinayətin rəsmən etiraf olunmaması gələcəkdə analoji hadisələrin təkrarlanacağı üçün bir presedent rolunu oynaya bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR