Müxalifət Azərbaycanda proporsional sistemin tətbiqini istəyir, hakim partiya isə bunun əleyhinədir
S. Cəlaloğlu bildirib ki, proporsional seçki sistemi həm demokratikləşmənin inkişafı, həm də siyasi inkişaf və partiyaların siyasi həyatda iştirakı baxımından vacibdir: «Çoxpartiyalı siyasi sistemlərdə baş aktyor partiyalardır, şəxslər deyil. Majoritar sistemdə isə fərdi keyfiyyətlər əsas götürülür ki, bunun da ümummilli məsələlərə aidiyyəti yoxdur». ADP sədri hesab edir ki, bu sistemin bərpası üçün həm iqtidar, həm də müxalifət siyasi iradə göstərməlidir.
Müsavat Partiyasının başqanı İsa Qəmbər də APA-ya bildirib ki, Müsavat Partiyası həmişə proporsional seçki sisteminin ləğvinə etiraz edib, proporsional seçkinin Azərbaycanın demokratik siyasi inkişafının maraqlarına cavab verən sistem olduğunu bildirib: “Biz hər zaman bu sistemin bərpasını tələb etmişik. Bununla bağlı Müsavat Partiyasının mövqeyi həm cəmiyyətə, həm Milli Məclisə təqdim olunub. Bu da ondan ibarətdir ki, parlamentdə yerlərin sayı artırılmalı, ən azı 200-dən çox olmalıdır. Konkret olaraq hazırladığımız layihədə 201 yer göstərmişik. Müsavat Partiyası hesab edir ki, indiki reallıqlarda bu yerlərdən yarısı proporsional sistem, yarısı isə majoritar seçki sistemi ilə müəyyənləşməlidir».
İ. Qəmbərin sözlərinə görə, seçici imzaları toplayıb proporsional seçki sisteminin bərpası üçün referendumun keçirilməsi təklifini də irəli sürmək mümkündür: “Biz yalnız proporsional seçki sisteminin bərpası deyil, ümumiyyətlə seçki sistemində ciddi islahatların aparılmasını zəruri sayırıq. O cümlədən seçki komissiyalarının yenidən təşkili və seçkilərdə iştirak edən bütün tərəflərin etimadını qazanmış seçki komissiyasının qurulmasını vacib hesab edirik. Bu, hakimiyyətlə müxalifət arasında paritet əsaslarla qurula bilər. Bizim bir sıra başqa təkliflərimiz də var ki, onları parlamentə təqdim etmişdik. Bu istiqamətdə bizim partiya daxilində də, müxalifət daxilində də müzakirələrimiz olur. Mövqeyimizi cəmiyyətə və hakimiyyətə təqdim etmişik və bunu davam etdirəcəyik. Proporsional seçki sisteminin bərpası Azərbaycanın da mənafeyinə uyğundur”.
Milli Birlik Hərəkatının lideri Lalə Şövkət də APA-ya proporsional seçki sisteminin bərpası ilə bağlı tələbin gündəmdə olduğunu deyib: “Biz bu istiqamətdə müəyyən addımlar atmışıq. 2005-ci ildə də bunun üzərində müzakirələr apardıq və neçə vaxtdır, bunun üzərində işləyirik. Amma bu bizdən yox, iqtidardan asılı olan bir məsələdir. Bu gün reallıqdan çıxış etmək lazımdır. 2005-ci ildə də bu müzakirələr aparıldı və biz təkliflərimizi parlamentə təklif etdik, amma buna baxan olmadı». L. Şövkət müxalifətin proporsional seçki sisteminin bərpası tələbinin seçki ilində də prioritet olacağını qeyd edib.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı isə APA-ya açıqlamasında deyib ki, Azərbaycanda 2002-ci ildən tətbiq olunan majoritar seçki sistemi özünü doğruldub: “Majoritar seçki sistemi dünyanın əksər ölkəsində mövcuddur. Biz bu sistemə tərəfdarıq və proporsional seçki sisteminə qayıtmağa ehtiyac görmürəm. Əgər müxalifət demokratiyanın əsas atributlarından birinin proporsional seçki sistemi olduğunu bildirirsə, majoritar seçki sisteminin olduğu Böyük Britaniya bəyəm antidemokratik ölkədir? Onlarla demokratik ölkə göstərə bilərəm ki, orada proporsional seçki sistemi heç vaxt tətbiq olunmayıb, tarix boyu majoritar seçki sistemindən istifadə edilib. ABŞ-da da majoritar seçki sistemindən istifadə edilir. Yəni hər ölkənin müəyyən seçki sistemi var. Proporsional sistemin özünün bu gün Almaniyada, İtaliyada yayılmış formaları belə əslində majoritar seçki sistemidir. Yəni burada kimin namizədlər siyahısının neçənci yerində dayanmasından asılı olmayaraq, vətəndaş şəxslərə səs verir. Bu gün dünyanın əksər hissəsində şəxsiyyətə və siyasi xəttə səs vermək aparıcı yer tutur. Əslində, siyasi xətdən öncə şəxsiyyətə səs verilir”. M. Qurbanlı Azərbaycanda qarışıq seçki sistemindən bir müddət istifadə edildiyini də xatırladıb: “Amma təcrübə göstərir ki, ən yararlı sistem majoritar sistemdir”.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb
KİV: İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur
Rusiyanın Sumı vilayətində hündürmərtəbəli binanı vurması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO