Bank Of Baku

VİP “Azadlıq” bloku və müxalifət daxilində münasibətlərə aydınlıq gətirilməsini istəyir

VİP “Azadlıq” bloku və müxalifət daxilində münasibətlərə aydınlıq gətirilməsini istəyir
# 14 yanvar 2010 10:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vətəndaş və İnkişaf Partiyası (VIP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda partiyanın 2009-cu ildəki fəaliyyəti və 2010-cu ildə fəaliyyət istiqamətləri müzakirə edilib. Siyasi Şura VİP-in 2009-cu ildəki fəaliyyətinə mart ayında keçirilmiş referendum və dekabr ayında keçirilmiş bələdiyyə seçkiləri prizmasından qiymət verib və fəaliyyət qənaətbəxş hesab olunub.

2010-cu il parlament seçkilərində partiyanın fəaliyyətinin gücləndirilməsi VİP sədrinə və mərkəzi aparata həvalə edilib. Siyasi Şura mərkəzi aparatın gücləndirilməsi, yeni təyinatların həyata keçirilməsi, ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi və müasir texnologiyaların tətbiqi məqsədilə işçi qrupun yaradılması tövsiyəsini irəli sürüb. İclasda partiya sədrinə “Azadlıq” bloku və müxalifət daxilində münasibətlərə aydınlıq gətirilməsi istiqamətində fəaliyyəti gücləndirməyi və fevralın sonuna kimi partiyanın qatılacağı seçki konfiqurasiyasının müəyyənləşdirilməsi tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR