Bank Of Baku

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişiklikləri olub

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişiklikləri olub
# 14 yanvar 2010 13:14 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın bir neçə rayon polis şöbəsinin rəisləri dəyişdirilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrləri ilə Beyləqan rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Zöhrab İsmayılov və Qazax RPŞ-nin rəisi, polis polkovniki Şükür Mehdiyev tutduqları vəzifədən azad ediliblər. Ş. Mehdiyev Şəmkir RPŞ-nin, Z. İsmayılov isə Qazax RPŞ-nin rəisi vəzifəsinə təyin olunublar.

Abşeron RPŞ-nin rəisi, polis polkovniki Zahid Məmmədov isə Daxili İşlər Nazirliyinin Xidmət keçmə haqqında Əsasnaməsinə uyğun olaraq yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. R. Usubovun digər əmri ilə isə Şəmkir RPŞ-nin rəisi, polis polkovniki Namiq İsmayılov Abşeron RPŞ-ə rəis təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR