Bank Of Baku

Azərbaycan prezidenti Bakı buxtasında tikilən quru yük liman məntəqəsində inşaat işlərinin gedişi ilə tanış olub

Azərbaycan prezidenti Bakı buxtasında tikilən quru yük liman məntəqəsində inşaat işlərinin gedişi ilə tanış olub
# 14 yanvar 2010 17:03 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı buxtasında tikilən quru yük liman məntəqəsində inşaat işlərinin gedişi ilə tanış olub. APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, dövlət başçısına quru yük liman məntəqəsində həyata keçirilən inşaat işləri barədə ətraflı məlumat verilib. Burada tikintiyə 2008-ci ilin may ayında başlanıb. Layihəyə prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq dövlət büdcəsindən vəsait ayrılıb. Həmin məntəqədən yalnız quru yüklər daşınacaqdır. Bu obyektin tikintisində başlıca məqsəd ekologiyanı sağlamlaşdırmaqdan, sənaye müəssisələrini paytaxtın mərkəzindən kənara köçürməkdən və respublikamızdan yük daşımalarının həcmini artırmaqdan ibarətdir.

Prezident İlham Əliyevə bildirilib ki, indiyə qədər liman məntəqəsində quru yüklərin boşaldılması üçün 6 körpünün inşası başa çatdırılıb. Təmirə dayanacaq gəmilərin yuyulub təmizlənməsi üçün 4 körpü də artıq hazır vəziyyətdədir. Liman məntəqəsində yüklərin yığılması üçün çoxsaylı anbarların tikintisi də yekunlaşdırılıb. Məntəqəyə çəkilən dəmir yolu da işlək vəziyyətdədir. “Paris Kommunası” adına gəmitəmiri zavodunun bir hissəsinin köçürülməsi üçün 4 gəminin yan ala biləcəyi 250 metr uzunluğunda körpünün tikintisi isə davam edir. Liman məntəqəsində inzibati binanın tikintisi başa çatmaq üzrədir, burada tamamlama işləri aparılır.

Liman məntəqəsində aparılan inşaat işlərinin gedişi ilə tanış olan prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR