Bank Of Baku

AMİP parlament seçkilərində iştirak qərarı verib

AMİP parlament seçkilərində iştirak qərarı verib
# 15 yanvar 2010 15:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda partiyanın 2010-cu il üçün fəaliyyət planı müzakirəyə çıxarılıb və şura üzvlərinin müəyyən təklifləri də nəzərə alınmaqla qəbul olunub. Partiya bu il keçiriləcək parlament seçkilərində iştirak barədə qərar qəbul edib. Bununla bərabər seçkiöncəsi vəziyyətin demokratikləşməsi üçün Seçki Məcəlləsinə dəyişikliklər edilməsi və proporsional seçki sisteminin bərpası ilə bağlı məsələ qaldırmaq da qərara alınıb.

Toplantıda Bənəniyar kəndində baş verənlər də müzakirə olunub və hadisə pislənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR