Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycanın 9 milyonuncu vətəndaşının ailəsinə ev verib

Prezident İlham Əliyev Azərbaycanın 9 milyonuncu vətəndaşının ailəsinə ev verib
# 15 yanvar 2010 17:01 (UTC +04:00)
Bakı – APA. Prezident İlham Əliyev Azərbaycanın 9 milyonuncu vətəndaşının sosial müdafiəsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, 2010-cu il yanvarın 15-də Əhmədli İlham İslam oğlunun dünyaya gəlməsi ilə Azərbaycan artıq doqquz milyonluq əhalisi olan ölkəyə çevrilib. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Azərbaycanın doqquz milyonuncu vətəndaşının dünyaya gəldiyi ailənin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Əhmədli İlham İslam oğlunun valideynləri Əhmədov İslam İlkin oğlu və Əhmədova Aynur Teymur qızına Bakı şəhərində müvafiq mənzil ayrılmasını təmin etsin.

Azərbaycan prezidentinin Ehtiyat Fondundan Əhmədli İlham İslam oğluna 20 min manat məbləğində vəsait ayrılıb.

Mərkəzi Banka tapşırılıb ki, Əhmədli İlham İslam oğlunun adına müvafiq hesab açaraq, hər il onun faizlər hesabına artırılmasını və əmanətçi 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin etsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR