Bank Of Baku

Daxili İşlər Nazirliyinin şəxsi heyəti ağac əkmə kampaniyasında iştirak edib

Daxili İşlər Nazirliyinin şəxsi heyəti ağac əkmə kampaniyasında iştirak edib
# 16 yanvar 2010 08:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Daxili İşlər Nazirliyinin şəxsi heyəti ağac əkmə kampaniyasında iştirak edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq daxili işlər orqanları da öz növbəsində ölkənin hər yerində həyata keçirilən ekoloji mühitin tənzimlənməsi kampaniyasından yaxından iştirak edir. Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in bütün şəxsi heyəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında 3 hektar sahədə ölkəmizin iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, Azərbaycan təbiətini təqdim edən üç min ədəd “Eldar” şamı və zeytun ağacları əkiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR