Müsavat Partiyası qurultayı 2010-cu ilin dekabrında keçiriləcək
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 23 dekabr bələdiyyə seçkilərinin nəticələri ilə bağlı çıxış edib. A. Hacılının çıxışından sonra Məclisin bələdiyyə seçkiləri ilə bağlı yekun qərarı qəbul edilib. Qərarda bələdiyyə seçkilərinin nəticələrinin Müsavat Partiyası tərəfindən tanınmadığı bildirilir. Partiya seçkilərin nəticələrinin ləğv edilməsini, qanunvericilikdə bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsini, yeni bələdiyyə seçkilərinin keçirilməsini, seçkiöncəsi şəraitin demokratikləşdirilməsini tələb edib.
Müsavat Məclisinin sədri Sülhəddin Əkbər bu il Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini bildirib. Bununla bağlı Divanda müzakirələrin aparıldığını və ilkin fikrin partiyanın qurultayının parlament seçkilərindən sonra keçirilməsinin təklif edildiyini qeyd edib: «Bu qurultayda Nizamnaməyə dəyişiklik edilməsə, İsa Qəmbər partiya başqanlığına namizədliyini irəli sürə bilməyəcək».
Çıxış edən Məclisin bəzi üzvləri qurultayın 2011-ci ilə saxlanılması təşəbbüsü ilə çıxış edib. Onlar parlament seçkiləri ilə partiyanın qurultayı arasında zamanın az olduğunu və bu iki prosesin bir-birinə mane olacağını bildiriblər.
İsa Qəmbər isə bildirib ki, bu məsələnin müzakirəsinə vaxt itirməyə ehtiyac yoxdur: «Mən hətta düşünürdüm ki, qurultayı seçkilərdən əvvəl keçirək və partiya seçkilərdə yeni rəhbərliklə iştirak etsin. Amma Divan üzvləri belə qərara gəliblər ki, seçkilərdən sonra qurultay keçirilsin. Partiyanın başqanlığı ilə bağlı məsələyə gəldikdə, bu məsələ mən necə deyirəmsə, elə də olacaq. Bu məsələyə vaxt itirməyə dəyməz».
Müzakirələrdən sonra qəbul olunmuş qərarda partiyanın qurultayının 2010-cu ilin dekabr ayında keçirilməsi nəzərdə tutulub.
İsa Qəmbər bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı çıxış edib. O, bəzi partiyaların rəhbərlərinin müxalifətin vahid koalisiyada çıxış etməsi təşəbbüsünü irəli sürdüyünü deyib: «Bu gözəl şüardır. Amma bu qüvvələrin biri İran, biri Moskva, biri hakimiyyət tərəfindən idarə olunursa, vahid koalisiya necə baş tuta bilər? Digəri bildirir ki, partiyaların böyük-kiçik olması söhbətini kənara qoymaq lazımdır. Kiçik partiyalar, heç bir prinsipiallıq göstərməyən qurumlar həlledici məqamda demokratik qüvvələr üçün yeni-yeni problem yaratmağı bacarırlar. Başqa bir həmkarımız deyir ki, məhz bu partiyalar müxalifət hesab olunmalıdır. Müsavat Partiyası real müxalifət qüvvələrinin birliyinin tərəfdarıdır. Son illərin təcrübəsi göstərir ki, Müsavat Partiyası harada olursa, orada uğur olur. 2003-cü ildə bir neçə özündən deyən partiyalar bloklar yaratdılar, amma hansı nəticəyə nail oldular?».
İsa Qəmbər bildirib ki, parlament seçkilərində Müsavat Partiyasının əsas məqsədi hər bir seçki dairəsindən güclü namizəd irəli sürmək olacaq.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
KİV: İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur
Rusiyanın Sumı vilayətində hündürmərtəbəli binanı vurması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB