Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində müxalifətin iştirakı ilə bağlı müxtəlif təkliflər var - ARAŞDIRMA
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirir ki, bir sıra intriqalara görə müxalifət partiyalarının seçkilərdə vahid seçki bloku ilə iştirakı mümkün deyil: “Mən bununla bağlı bir sıra partiyalarla danışıqlar apardım və bu baş tutmadı”. O, vahid seçki blokunun olmayacağı halda, heç olmasa müxalifətin funksional əməkdaşlıq etməsini təklif edir: “Yəni, heç olmasa seçki dairələrindən vahid namizədlər irəli sürülsün, kim istəsə, həmin vahid namizədi müdafiə etsin, kim istəməsə, etməsin. Burada əsas məqsəd alternativliyi aradan götürməkdir. Əməkdaşlıq etmək istəyən qüvvələr üçün də yol qoyulur. Bu, yeganə çıxış yoludur və mən bununla bağlı partiya rəhbərləri ilə yenidən görüşüb onların razılığını almaq istəyirəm. Amma hazırkı məqamda yenə də bəzi qüvvələr müxtəlif bəhanələr gətirməklə vaxtı uzadır”. S. Cəlaloğlu bildirib ki, birlik alınmasa, müxalifət nə edə bilməyəcək.
Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə müxalifətin ümumi koalisiyasının yaradılmasını vacib sayır. APA-ya açıqlamasında seçkilərdə müxalifətin uğur qazanmasının yalnız müxalifət partiyaları arasındakı ayrı-seçkiliyə son qoyulmaqla reallaşa biləcəyini deyən L. Şövkət hesab edir ki, bu qüvvələr vahid cəbhədə birləşməlidir: “Partiyaların balaca, böyük olması iddialarını kənara qoymaq lazımdır. Bütün müxalifət qüvvələri bir cəbhədə birləşə bilsə, o zaman hansısa müsbət nəticə əldə etmək mümkündür. İstərdim ki, müxalifət, nəhayət, vəziyyətinin çox ciddi olduğunu başa düşsün və bütün iddiaları kənara qoyub, seçkilərdə vahid qüvvə kimi iştirak etsin. Əgər müxalifət yenə bir neçə blokla seçkilərə getsə, o zaman uğura ümid etmək olmaz. Onda çox çətin ki, biz parlament seçkilərində dəyişikliklərə nail olaq”.
Demokratiya Uğrunda İttifaqın təmsilçisi Pənah Hüseyn isə bildirir ki, müxalifət seçkilərlə bağlı müzakirələr aparıb müəyyən çıxış yolu tapmalıdır. İndiki halda müxalifətin seçkilərdə vahid seçki bloku ilə iştirakının aktual görünmədiyini deyən P. Hüseyn ayrı-ayrı partiyaların mətbuatda dərc olunan müsahibələrinin bunu söyləməyə əsas verdiyini vurğulayıb: “Prinsipcə isə istənilən model, istənilən əməkdaşlıq forması, o cümlədən seçkilərdə müxalifətin vahid siyahı ilə iştirak etməsi, vahid seçki blokunun yaradılması kimi məsələlər də müzakirə oluna bilər. Bu gün ən çox səsləndirilən ümumi əməkdaşlığın olmasıdır. Yəni seçki bloku kimi yox, namizədlərin müstəqil şəkildə irəli sürülməsi, lakin demokratik seçki, birgə müşahidənin aparılması məsələsində əməkdaşlıq önə çəkilir. Bu, indiki mərhələ üçün daha real görünür”.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə APA-ya parlament seçkilərində “Azadlıq” bloku ilə Müsavat Partiyasının birgə iştirakının təklif olunduğunu bildirib. Onun sözlərinə görə, parlament seçkiləri partiyanın 2010-cu il fəaliyyət planında önəmli yerlərdən birini tutur və adıçəkilən siyasi qüvvələrin seçki dairələri üzrə vahid namizədlə çıxış etməsi vacibdir: “Hələlik partiyalar arasında bu təkliflə bağlı müzakirələr aparılmayıb. Amma bunun reallaşması üçün hər iki tərəf səy göstərməlidir”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də APA-ya bildirib ki, hazırda parlament seçkilərində siyasi partiyalarla əməkdaşlığın perspektivlərini müzakirə edirlər: “Bu müzakirələrdə həm cəmiyyətin, həm digər partiyaların, əsasən isə öz partiyamızın maraqlarını nəzərə alırıq. Hər iki variantda - həm siyasi partiyalarla əməkdaşlıq çərçivəsində, həm də partiya olaraq iştirak etmək variantında hazırlığa start vermişik. Proseslərin gedişində onların hansını məqbul hesab edəcəyiksə, bunun üzərində dayanacağıq və bu istiqamətdə də təbliğatımızı quracağıq. Hesab edirəm ki, bunun üçün bizim kifayət qədər resurs və imkanımız var”. İ. Ağazadə müəyyən partiyalarla danışıqların aparıldığını, lakin bununla bağlı hələlik açıqlama vermək istəmədiyini vurğulayıb.
Digər müxalifət partiyalarından Ədalət Partiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birgə seçki bloku yaratmaq təşəbbüsü irəli sürüb. Aydınlar Partiyası seçkilərdə təkbaşına iştirak etmək niyyətindədir. Azərbaycan Milli İstiqlal Partiyası parlament seçkilərində iştirak etmək qərarı versə də, hələlik format müəyyən olunmayıb. Böyük Quruluş Partiyası (BQP) isə seçkilərdə bütün seçki dairələrindən namizəd irəli sürmək və seçkidə partiya olaraq iştirak etmək niyyətindədir. BQP başqanı Fazil Mustafa APA-ya seçkilər öncəsi digər partiyalarla əməkdaşlıqda maraqlı olduqlarını, lakin hələlik hər hansı danışıqlar aparılmadığını deyib.
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin fikrincə isə parlament seçkiləri ilə bağlı nəsə söyləmək hələlik tezdir.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
KİV: İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur
Rusiyanın Sumı vilayətində hündürmərtəbəli binanı vurması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB