Bank Of Baku

BAXCP 20 yanvar və Xocalı faciələrinin günahkarlarının məsuliyyətə cəlb olunması üçün hüquqi addımların atılmamasından təəssüflənir

BAXCP 20 yanvar və Xocalı faciələrinin günahkarlarının məsuliyyətə cəlb olunması üçün hüquqi addımların atılmamasından təəssüflənir
# 18 yanvar 2010 11:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Qarabağın erməni işğalından azad edilməsi ilə bağlı bəyanatına aqressiv reaksiya verən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mövqeyi qətiyyətlə pislənib. BAXCP Rusiyaya ediləcək maksimum güzəştlər açıqlandıqdan sonra bu ölkənin mövqeyində dəyişikliklər baş verməyəcəyi təqdirdə Azərbaycanın ata biləcəyi addımlarla bağlı mövqeyini də açıqlayıb: “Azərbaycan Rusiyanın işğalı dəstəkləyən dövlət olduğunu rəsmən aşıqlayaraq Moskvanın vasitəçilik missiyasından imtina etməli, Rusiya ilə münasibətlərinə yenidən baxmaqla torpaqlarımızın hərbi yolla azad edilməsi üçün ciddi hazırlıqlara başlamalıdır”.

İdarə Heyətinin toplantısında 20 Yanvar şəhidləri də anılıb. Partiya rəhbərliyi faciənin 20 ilinin tamam olmasına baxmayaraq, həm bu, həm də Xocalı faciəsinin günahkarlarının məsuliyyətə cəlb olunması üçün hüquqi addımların atılmamasından təəssüflənib. BAXCP hesab edir ki, bu faciələrlə bağlı istintaq materialları məhkəməyə təqdim olunmalı, günahkarlar barədə qiyabi də olsa hökm çıxarılmalı və bu hökmün yerinə yetirilməsi üçün müvafiq hüquqi addımlar atılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR