Bank Of Baku

Yeni Azərbaycan Partiyası 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirib - FOTO

Yeni Azərbaycan Partiyası 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirib - <font color=red>FOTO</font>
# 19 yanvar 2010 09:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası (YAP) 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə YAP rəhbərliyinə daxil olan şəxslər, millət vəkilləri, ayrı-ayrı partiyaların rəhbərləri iştirak edib. YAP sədrinin müavini Əli Əhmədov tədbirdə çıxış edərək Azərbaycanın tarixində qanlı hadisələrin çox olduğunu bildirib. Bu faciənin mahiyyətinin dünya ictimaiyyətinə hələ də tam şəkildə çatdırılmadığını bildirən Ə. Əhmədov bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacib olduğunu deyib: «Bu faciə tarixin yaddaşına çevrilib və biz çalışmalıyıq ki, yeni nəsillərin də bu hadisələrdən xəbəri olsun və heç vaxt unutmasınlar. Bu faciədən dərs çıxarılması lazımdır. Biz bəzən başımıza gətirilən faciələrdən danışmağa utanırıq. Amma biz həqiqətləri dünyaya çatdırmalıyıq».

Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı bildirib ki, Azərbaycana zaman-zaman hücumlar olub, amma hər dəfə bu hücumların qarşısı xalqın birliyi ilə alınıb.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 20 Yanvarla Azərbaycanın yeni qəhrəmanlıq tarixinin yazıldığını bildirib. Partiya sədri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin parlamentə etdiyi müraciəti müsbət dəyərləndirib.

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bildirib ki, 20 Yanvar faciəsi şərhə ehtiyacı olmayan bir hadisədir. O bu hadisəni törədənlərin cəzalandırılması istiqamətində addımların atılmasının vacib olduğunu deyib.

Millət vəkili Cəmil Həsənli isə bildirib ki, 20 Yanvar faciəsinə xalq və dövlət olaraq yüksək qiymət verilib: “Amma bu hadisə təsadüfən baş vermiş hadisə deyildi, bu bir dövləti cinayət idi. Təbliğat zamanı da bu amilin qabardılmasına ehtiyac var”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 20 Yanvar faciəsinin törədilməsində SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovla bərabər dövlətin o vaxtkı rəhbərliyinin də məsuliyyət daşıdığını bildirib.

Tədbirdə digər şəxslər də çıxış edərək hadisə ilə bağlı öz mövqelərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR