Bank Of Baku

Azərbaycanın hakim partiyasının sədr müavini: “Qəti əminəm ki, 20 yanvar hadisələri zamanı qətlə yetirilənlərin sayı rəsmi statistikada göstəriləndən qat-qat çoxdur”

Azərbaycanın hakim partiyasının sədr müavini: “Qəti əminəm ki, 20 yanvar hadisələri zamanı qətlə yetirilənlərin sayı rəsmi statistikada göstəriləndən qat-qat çoxdur”
# 19 yanvar 2010 09:40 (UTC +04:00)
Yüzlərə insanın qətlə yetirildiyi bu faciənin miqyasını nə biz özümüz qəbul etmişik, nə də beynəlxalq miqyasa çatdıra bilmişik. Mən qəti əminəm ki, qətlə yetirilənlərin sayı rəsmi statistikada göstərilənlərdən qat-qat çoxdur”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib. 20 yanvar faciəsində ölənlərin statistikasının yanvarın 20 və 21-də açıqlandığını deyən Ə. Əhmədov hadisə vaxtı ağır xəsarət alan insanların da bir hissəsinin sonradan həyatlarını itirdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin şəxslər məhz qətliam nəticəsində həyatlarını itiriblər: “Lakin onlar 20 yanvar faciəsi nəticəsində həyatını itirən insanların sırasına daxil deyil. Biz qətlə yetirilən insanların statistikası baxımından bu faciənin miqyasını məhdudlaşdırmışıq. Biz bu faktları dəqiqləşdirməliyik. Mən əminəm ki, bu insanların sayı yüzlərlə olacaq. Faciə nəticəsində həyatını itirən insanlar kənarda qalmamalıdır” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR