Bank Of Baku

Hulusi Kılıç: “Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri ilə kədərimizi paylaşıram”

Hulusi Kılıç: “Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri ilə kədərimizi paylaşıram”
# 19 yanvar 2010 11:45 (UTC +04:00)
Bakı – APA. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hulusi Kılıç 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı açıqlama yayıb. Səfirlikdən APA-ya verilən məlumata görə, açıqlamada deyilir: “Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə ən faciəli günlərdən biri, eyni zamanda qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında milli, etnik, dini, cinsi mənsubiyyətindən, yaşından asılı olmayaraq günahsız insanların ölümüylə nəticələnən bu faciə ilə bağlı dərin üzüntümü bildirirəm. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilmiş və insan hüquqlarının kobud, kütləvi şəkildə pozulmasına səbəb olmuş bu hadisənin şahidi olub. Öz ölkəsinin, xalqının azaldığı uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan mərd vətən övladlarının xatirəsini əziz tutaraq bu faciə ilə bağlı azərbaycanlı bacı və qardaşlarıma başsağlığı verir, ulu öndər Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri ilə kədərimizi paylaşıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR