Bank Of Baku

Hafiz Hacıyev ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Coanna Qansonla görüşüb

Hafiz Hacıyev ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Coanna Qansonla görüşüb
# 19 yanvar 2010 11:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev partiyanın mərkəzi qərargahında Amerikanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Coanna Qansonu qəbul edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər, 2010-cu ildə keçiriləcək parlament seçkiləri, söz azadlığı və insan hüquqlarının müdafiəsi və qorunub saxlanması, həmçinin hazırkı demokratik durum müzakirə edilib. Görüşün sonunda MMP sədri ilə Coanna Qarson arasında seçki ili olduğu üçün bu cür görüşlər tez-tez həyata keçirilməsi barədə xüsusi razılaşma əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR